İSRAİL-TÜRKİYƏ İLİŞGİLƏRİ YANLIŞ YÖNDƏ!.. YƏHUDİLƏR ÖNTÜRKLƏRİN ANAAYRI QARDAŞIDIR!

117

Aralıq dənizi, və ya türklərin adlandırdığı kimi, Ağ dəniz bölgəsindəki olaylara dərindən nüfuz edildiyində quşqusuz olaraq duyulur ki, bu qarışıq taktikalı və qaranlıq stratejiyalı münaqişələr həm türklərin, həm də bütün dünyanın taleyini həll edə biləcək böyük bir davanın ayaq səsləridir…

Ağ dəniz bölgəsində baş verən indiki mürəkkəb hərbi-siyasi durum hər kəsi narahat etməklə yanaşı, həm də bu çəkişmələrin tarixi səbəblərini də gündəmə gətirməkdədir. 1912-ci ildən başlayan Liviya böhranı 1922-ci ilədək Osmanlı dövlətinin olum-ölüm sınağına çəkən ilk olaylardan idi. Fələstini müsəlmanlar, ərəblər üçün savunub orada yəhudilərə muxtar bir qurum yaradılmasına razı olmayan Osmanlı Sultanlığı sonradan həm də həmin ərəblərin xəyanətinə tuş gələrək görüntülərin həm də astar üzü ilə qarşılaşdı. Üzdə müsəlman və dost olan bir sıra ərəb xalqları ingilislərin Böyük Ərəb Padşahlığı yaratmaq vədilə öz Xilafətinə və bu Xilafəti təmsil edən Osmanlı dövlətinə qarşı düşmən koalisiyasına qoşularaq savaşa qatıldılar. Osmanlı dövləti isə siyasətini hissiyat və dini varislik üzərində quraraq qədim ilişgilərə malik olduğu və tarixən özünə sığındırdığı və barındırdığı yəhudilərin işbirliyi təkliflərini geri çevirməklə özünə qarşı olan fəlakət cəbhəsini daha da genişləndirmiş oldu.

Ərəblərin həm I Dünya Savaşındakı, həm də günümüzdəki tutumu II Sultan Əbdülhəmidin siyasi müdriklik yapmadığını göstərməkdədir. Uzun sürəli tarixi araşdırmalarımız sonucunda əldə etdiyimiz bilgilərə dayanaraq deyə bilərik ki, çox qədimlərə gedən öntürk-yəhudi ilişgilərindən, həm də o dönəm yəhudilərinin Osmanlını gəlişdirmək kimi mühüm niyyətlərindən səmimi şəkildə yararlanaraq praqmatik, durumu idaredici, çıxış yoluna yönəlik qərarlar almaq olmazdımı? Yasir Arafat kimi öndərlərinin simasında “Biz erməniyik!” timsallı mövqeyi tutan fələstinli müsəlmanlar və bəzi başqa ərəb xalqları bu gün arxamızdan xəncər saplamaq istəyənlərin sırasında deyilmi???

(Doğrudur, islam dünyasında türklərin ardınca getməyi özlərinə qurtuluş yolu kimi seçənlər də var… Onları istisna etməliyik, doğal olaraq…)

İndi isə, gəlin 100 il öncəyə qayıdaraq tarixə həmin bənzər olaylar qovuşağından baxaraq, günümüzdəki sonuclarla qiyaslamağa çalışaraq, ilk öncəOsmanlı İmperiyasının Dağılmasında Sultan Əbdülhəmidin qərarından narazı qalmış yəhudilərin rolu məsələsinə də toxunacağıq:

Bünövrəsinin ilk kərpicini Fələstində qoymağı düşünən yəhudi millətçi öncülərinin yaratmaq istədiyi Böyük Yəhudi dövləti yolunda ilk baş tutmayan cəhdlərdən sonra onlar Qarasu adlı bir yəhudini Sultan II Əbdülhəmidin yanına göndərdilər. Yəhudilər tərəfindən Sultana 5 milyon qızıl lirə hədiyyə, dövlət xəzinəsinə də yüz illiyə 100 milyon qızıl lirə faizsiz kredit təklif olunur, əvəzində Fələstin torpaqlarında yəhudi dövləti qurmağa razılıq istənirdi.

Sultan II Əbdülhəmid bu təklifi eşidincə qəzəblənərək Qarasunu qovmuş, o, isə İtaliyadan belə bir hədələyici tel göndərmişdi: “Bizim təklifimizi rədd etdiniz. Bu Sizə və Sizin dövlətinizə çox baha başa gələcək…”

Ancaq yəhudilər ümidlərini itirməyərək 1897-ci ildə Teodor Xerts adlı öncüllərindən birini də ravvin Mussa Levinin müşaiyətilə Sultanın hüzuruna yollamışlar. Osmanlı ərazisindəki azsaylı yəhudi camaatına münasibətində diqqət və himayəsinə görə Sultana təşəkkür edən Teodor Xerts Fələstindəki dövlət torpaqlarının yəhudilərə verilməsi müqabilində aşağıdakı təkliflər dəstini təqdim edirdi:

  1. Osmanlı dövləti üçün böyük donanma qurulması.
  2. Osmanlının bütün xarici aləmdə dəstəklənməsi.
  3. Osmanlı dövlətinin maliyyə məsələlərinin həllində hər cür köməklik göstərilməsi.
  4. Avropaya yüksək təhsil almağa getmə ehtiyacını önləmək üçün Qüdsdə Osmanlı universitetinin yaradılması.

Qarşısındakını sonadək səbrlə dinləyən Sultan II Əbdülhəmid əvvəlki dövrlərdən indiyədək “yəhudi qardaşlarımızla tamamilə barış, sakitlik və təminatla” yaşadıq, “bəlkə nəzərimizdən qaçan hansısa sorununuz var” dedikdə qarşı tərəf susdu və sonra tam razılıq ifadə etdikdən sonra Sultanın diqqətinə çatdırmaq istədi ki, həmin yəhudi dövləti Osmanlının tərkibində nəzərdə tutulur və oraya valini də Sultan özü təyin edəcəkdir. Ancaq II Əbdülhəmid müsəlmanların bu torpaqlar üçün qan tökdüyünü və Fələstinin islam aləminə mənsub olduğunu, eyni zamanda bu dövlət torpaqlarının öncəki sultanlardan miras qaldığını əsas gətirərək Fələstini yəhudilərə və ya heç kəsə vermək haqqına sahib olmadığını bildirdi

Yəhudi öncülləri Sultanın iradəsi qarşısında aciz qalmayaraq İngiltərədəki və Fransadakı əski təcrübələrinə əl ataraq Sultanı devirmək, Sultanlığı parçalamaq, Xilafəti çökdürmək, sonra da öz planlarına nail olmaq xətti götürdülər. Bunun üçün müxalif “İttihad və Tərəqqi” partiyasına dəstək verməyi qərara aldılar. Tələt paşanı Osmanlı dövlətindəki lobbinin əsasını qoymaq üçün mason təşkilatına cəlb etdilər.

İmperatorluğun mərkəzi Selanik Osmanlıdakı masonluğun da mərkəzinə çevrildi. “Dünyanın qızılı yəhudilərin əlində olmalıdır” deyən yəhudi millətçiləri Sultan II Əbdülhəmidin almadığı yardımı və dəstəyi əks cəbhədəki öz lobbilərinə, o sıradan bəzi “İttihad və Tərəqqi”çilərə, Maliyyə Nazirliyinə nüfuz edə bilən Hüseyn Cahid Yalçın kimi şəxslərə və tərəflərinə çəkdikləri bənzər kəslərə və terrorçu qurumlara yönəltdilər.

Sonluqda Sultan II Əbdülhəmid devrildi və xalq deputatlarından biri – Qarasu II Əbdülhəmidin edam edilməsi məsələsini müzakirəyə çıxardı!..

Qonu ilə bağlı həryönlü araşdırmalar aparan akademik Ədalət Əliyevin faktlar əsasında gəldiyi aşağıdakı bir sonuc da diqqətçəkicidir:

“Müsəlmanlara qarşı (Osmanlıda –X.İ.) törədilən təxribatların böyük hissəsi Selanik yəhudilərinin payına düşür, hansı ki, onlar nə vaxtsa (uzun illər –X.İ.) özlərini müsəlman kimi təqdim etmiş, sonralar yenidən yəhudi olduqlarını bildirmişlər”.

“İttihad və Tərəqqi” öncülərinin masonların təsiri ilə hərəkət etdiklərini sonralar anlayan Ənvər Paşa, Calal paşa (məncə, müəllif xətaya yol verir, əslində: Camal paşa –X.İ.) ilə sonralar söhbətində belə demişdir: “… biz Sultan Əbdülhəmidi yaxşı tanımamışıq. Ona görə də biz yəhudi millətçilərinin əlində piyada fiqura çevrilmişdik və masonlar bizi qullandılar. Yəhudi millətçiliyi üçün biz qulluq göstərdik. İşdə bizim günahımız da bundadır”.

Eyni faktları yəhudi yazıçısı Bernard Luis də “Çağdaş Türkiyənin doğuluşu” kitabında yorumlayır.

Osmanlı İmperatorluğunun parçalanması məqsədilə öncə onun tərkibindəki Liviyanın işğalı üçün yəhudi millətçiləri tarixdə analoqu olmayan bir plan da qurmuşdular: Osmanlı Müdafiə Nazirliyində söz sahibi olan şəxs rüşvətlə ələ alınaraq, mərkəzdən uzaq Liviyadakı Osmanlı hərbi hissələrinə aid silahlar təmir adı ilə bölgədən çıxarılır, əsgəri heyət də müvəqqəti olaraq Yəmənə köçürülür; Liviya nümayəndəsinin əsl gerçəkliyi Sultana çatdırması Sultanın əhatəsində yaradılmış informasiya blokadası və b. maneələr səbəbindən hec cür mümkün olmur; Roma bələdiyyəsi masonluğunun 33-cü pilləsində olan yəhudi millətsevəri Mitr Saleh İtaliya rəhbərliyi ilə öncədən danışıqlara girərək bu dövlətə pul yardımının müqabilində artıq bir nəfər də Türk əsgəri qalmayan Liviyaya İtaliyanın 1912-ci ildə ordu yeritməsinə nail olur və işğal maneəsiz baş tutur!

Bu plan və əməliyyatdan əsas məqsəd Osmanlı Sultanlığının torpaqlarını mərhələlərlə ayırmaq və son nəticədə Sultanın hakimiyyətini devirib sonralar Fələstin torpaqlarında yəhudi dövləti yaratmaq və b. planları həyata keçirmək idi.

Sonrakı dövrlərdə Sultan II Əbdülhəmidin özünün də bu məsələlərə münasibəti, Sultanın Misirin din başçısı Şeyx Mahmud Əbuş Şamata göndərdiyi və Xilafətin dağılması ilə bağlı əsas tarixi səbəbləri şərh etdiyi 22/9/1329-cu il (müsəlman təqvimilə) tarixli məktubunda ifadə olunmuşdur.

Qəribə və təzadlıdır, deyilmi?! – 306-cı ildə İspaniyadakı Elvir kilsəsinin qərarından dolayı yəhudilərlə xristianlar arasında münasibət pisləşdikdən sonra, 1492-ci ildə İspaniyadan, 1496-cı ildə isə Portuqaliyadan və başqa Avropa dövlətlərindən yəhudilərin qovulması barədə müvafiq dövlətlərin sərəncamlar verdiyi vaxtda yəhudilərin üzləşdikləri soyqırımı təhlükəsindən qurtararaq onlara qucaq açan, sığınacaq verən də məhz Osmanlı dövləti olmuşdu!

Sultan Məhmət Fateh başkənd Bursada yəhudilərə sinaqoq(yəhudi məbədi) tikməyə icazə vermiş, İstanbulun fəthindən sonra isə ora köçməyə dəvət etmiş, orduda xidmətə çağırmış, başqa sözlə, onlarla tamhüquqlu Osmanlı təbəəsi kimi rəftar etmişdi…

Bir çox müəlliflər kimi, akademik Ədalət Əliyev də yəhudilərin Osmanlıya köçmələrindən, onlara göstərilən qayğıdan Osmanlı xristianları, xüsusən də ermənilərin qayğılanaraq qıcıqlandığını yazır. Bundan başqa, müəllif qeyd edir ki, tədbirlər zamanı isə ermənilər yəhudiləri “xristian qanı”ndan istifadədə ittiham edirdilər…

Yəhudi öncüllərinin Osmanlı İmperatorluğunun çökdürülməsində açıq-aşkar roluna və yəhudi millətçilərinin türklərə qarşı fəaliyyətinə baxmayaraq, II Dünya Savaşı dövründə də türk xalqı və Türkiyə dövləti öz ərazilərində yəhudilərin həyatını qorudu.

Türkiyədə hal-hazırda, Azərbaycanda olduğu kimi, yəhudi xalqı azadlıq, əmin-amanlıq və firavanlıq içərisində yaşayır.

[Haşiyə:XX əsrin 18-20-ci illərində yəhudiləri də azərbaycanlılar və başqa xalqlarla birgə kütləvi şəkildə Qubada, Güney Azərbaycanda, Doğu Anadoluda, Fərqanə vadisində qırğınlara məruz qoyan ermənilərə cavab olaraq, azərbaycanlıların soyqırımının, o sıradan Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması üçün dünya yəhudi qurumlarının təşəbbüslə çıxış etməsi isə təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.]

***

Qonumuza qayıdaraq, gümüzdəki olayları yüz il öncəkilərlə qiyasladıqda bənzər tablo ortaya çıxmaqdadır: Keçən yüzilliyin başlanğıc dönəmində, özəlliklə də I Dünya Savaşından sonra Antanta və onun müttəfiqləri yunanları silahlandırıb, pul-para dəstəyi də göstərərək onları önə çıxarıb Osmanlının qərbindən hücuma təhrik etməmişlərdimi. Təbii ki, özləri də başqa cəbhələrdən saldırmaq şərtilə. Fransızlar güneydən, İngilislər doğu cəbhəsindən yeni savaşlar açaraq başqa müttəfiqləri də yanına alıb Osmanlını işğal etməmişlərdimi? Bu günki niyyətləri də tam ona bənzəməkdə deyilmi? Hələlik təkcə İngiltərə açıq mövqe sərgiləmir, ancaq onun əvəzinə də ABŞ önə keçərək həmin siyasəti yürüdür.

Qurtuluş Savaşı ilə püskürdülən o müttəfiq qüvvələr yenə də öz niyyətlərindən əl çəkməməkdədirlər.

Türkiyəni o dönəmdə olduğu kimi yenə də bir neçə cəbhədə vuruşdurub çökdürmək istəyirlər.

Həm Aralıqdənizi bölgəsində, həm Qafqazda…

Onu da bildirək ki, Ağdəniz bölgəsi bizim də Ana Yurdlarımızdandır. Genəlliklə biz türklər Aralıqdənizi irqi sayılırıq genetik baxımdan. Yəhudilərlə daha dərindən iş aparaq tarixi bağlarımızı dirçəldib onlara yunan və onun müttəfiqləri koalisiyasında yer almağın dürüst olmadığını sübut etməyə çalışmalıyıq. İsrail-Azərbaycan ilişgilərinin yüksək boyutu təkcə siyasi ehtiyaclardan deyil, həm də tarixi, hətta müəyyən anlamda genetik dayaqlara malikdir. (Doğrudur, bu ayrı bir yazı  qonusudur, bu haqda gələn yazılarımızda tarixi bəlgələrlə açıqlama verəcəyik.) İsrail-Azərbaycan ilişgilərinin tarixi havasından örnək alaraq həm Türkiyə İsrail-Fələstin məsələsinə münasibətində, həm də İsrail Türkiyəyə qarşı koalisiyada yer almamaq qonusunda daha gerçəkçi qərar alsalar həm xalqlarımızın, həm də dünyamızın maraqlarına cavab verərdi. Qarabağ məsələsi də bu yüksələcək ilişgilər fonunda daha uyğun şəkildə öz çözümünü tapardı… və tapacaq yəqin ki…

O da doğal olaraq ayrı və önəmli bir qonu olduğu üçün ondan da növbəti yazılarımızda detalları ilə söz açacağıq…

Xaqani İsmayıl,

yazıçı-tarixi araşdırmaçı