İsrail Suriyadakı İran qüvvələrini bombaladı

315

Hurriyyet.org xəbər verir ki, İsrail Suriya ərazisindəki İran qüvvələrinin yerləşdiyi bölgələrdə bir həftədə ikinci dəfə havadan bombardman həyata keçirib. Deyrəzzor və Əbu Kamal rayonlarında gecə saatlarında həyata keçirilən bombardmanda silah anbarları və hərbi məntəqələr hədəfə alınıb.

İngiltərənin Suriya İnsan Hüquqları Müşahidə Evinin məlumatına görə, Suriya-İraq sərhədindəki Deyrəzzor rayonundakı bombardman nəticəsində 5 nəfər suriyalı hərbçi və Suriya ordusu ilə birlikdə döyüşən 11 yaraqlı həlak olub. Həmin yaraqlıların İranın İnqilab Keşikçiləri, Livanın Hizbullah təşkilatının üzvləri və İranın dəstəklədiyi əfqan döyüşçüləri olduğu güman edilir.

Suriyanın Sana dövlət informasiya agentliyi bombardmanın yeli vaxtla gecə saat 1.10-da həyata keçirildiyini bildirir.

Ötən dəfə İsrail sərhədlərinə yaxın sahələri hədəfə alan İsrail ordusu bu səfər Suriya-İraq sərhədində “İranın dəstəklədiyi döyüşçülərin yerləşdiyini” bildiridiyi rayonları bombalayıb.

7 yanvar tarixində Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubunu hədəfə alan bombardmanda 7 İran döyüşçüsü həlak olmuşdu.