İsrail Qəzzanı bombaladı

72

 

Hurriyyet.org xəbər verir ki, İsrail Qəzzada Hamasın silahlı qanadı olan “İzzətdin əl Qəssam” dəstələrinə məxsus hədəflərə hücum edib.

Fələstini blokadada saxlayan İsrailin hərbi təyyarələri Qəzzanın cənubunda yerləşən Xan Yunus şəhərində Hamas döyüşçülərinə məxsus hədəflərə havadan hücum edib.

Hadisə ilə bağlı nə Fələstinin Səhiyyə Nazirliyi, nə də İsrail açıqlama verməyib.