İsrail mətbuatı: “Netanyahu Səudiyyə Ərəbistanına səfər edib”

273

Hurriyyet.org xəbər verir ki, İsrail mətbuatı Baş nazir Binyamin Netanyahunun dünən Səudiyyə Ərəbistanına gedərək vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşdüyü xəbərini verib.

Netanyahinin mətbuat katibi Topaz Lukun “Tvitter” hesabındakı paylaşmasında yazdığı “(İsrailin Müdafiə naziri Benni) Qantz siyasətlə məşğul olduğu zaman, Baş nazir sülh yaradır” sözləri də bu iddianı dolayısı ilə təsdiq eləmiş hesab olunub.

“Anadolu Agentliyi”nin “Haaretz” qəzetinə istinad elədiyi xəbərdə Netanyahunun dünən axşam İsrailin kəşfiyyat xidməti Mossadın başçısı Yossi Kohen ilə birlikdə Səudiyyə Ərəbistanının Neom şəhərinə daxil olduğu bildirilib.

Netanyahunun burada Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ibn Salman ilə görüşdüyü, görüşdə Kohenlə yanaşı, ABŞ Xarici İşlər naziri Mayk Pompeonun da iştirak edildiyi iddia edilib.

İsrailin Nazirlər Kabinetinin Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verməsə də, xəbəri təkzib eləməyib.