İsrail mətbuatı: Netanyahu 2018-ci ildə gizlincə BƏƏ-də səfərdə olub

90

Hurriyyet.org xəbər verir ki, İsraildə dərc olunan “Yedioth Ahronoth” qəzeti baş nazir Binyamin Netanyahunun iki il əvvəl Birləşmiş Ərəb Əmirliklərinə gizlincə səfər elədiyini və Əbu Dabidə vəliəhd şahzadə Məhəmməd ibn Nahyan ilə görüşdüyünü yazıb.  Qəzet səfərin İsrailin MOSSAD kəşfiyyat xidmətinin köməyi ilə baş tutduğunu bildirib.

Netanyahu ötən həftə keçirilən mətbuat konfransında İsrial ilə münasibətləri normallaşdırmaq istəyən bəzi ərəb və müsəlman ölkələrin liderləri ilə “çox sayda” gizli görüş keçirdiklərini bildirmişdi.