İsrail ilə viza sistemini ləğv edən ilk ərəb ölkəsi

288

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə münasibətlərin normallaşdırılması qərarından sonra qarşılıqlı əlaqəni inkişaf etdirməkdədir.

İsrail XİN-in yazılı açıqlamasında görə, BƏƏ XİN viza məsələsi ilə bağlı təsdiqlənmiş razılaşmanı İsrailə təqdim edib.

Açıqlamada razılaşmanın 30 gün ərzində qüvvəyə minəcəyi və İsrail vətəndaşlarının vizasız BƏƏ-yə gedə biləcəkləri bildirilir. Razılaşma qüvvəyə mindikdən sonra,  BƏƏ vətəndaşları İsrailə vizasız daxil ola biləcək ilk ərəb ölkəsi olacaqdır.