İsrail ilə bağlı açıqlama. Qətər mövqeyindən dönməyəcək

90

Hurriyyet.org xəbər verir ki, BƏƏ və digər Körfəz ölkələrinin əksinə, Qətər İsrail ilə münasibətləri normallaşdırmaq niyyətində deyil.

Ərəb mediasında Qətərin İsrail ilə münasibətləri normallaşdırmaq xəbəri yayıldıqdan sonra Qətər dövləti açıqlama verib.

Qətər dövlətinin açıqlamasında İsrail ilə Qətər arasında açıqlama veriləcəyi barəsində yalan xəbərlərin yayılmasının təəssüf doğurduğu qeyd edilir, Qətərin paytaxtı Qüds olan Fələstin dövlətinin qurulması barəsində mövqeyinin dəyişmədiyi bildirilir.

Qətərin Fələstin iqtidarı ilə bağlı təzyiqləri azaltmaq üçün səy göstərdiyi bildirilən açıqlamada ABŞ-ın Xarici İşlər Nazirinin Körfəz məsələləri üzrə müavini Timoti Lenderkinqə istinad edilən “Qətər ilə İsrail normallaşma razılaşması imzalayacaq” xəbərlərinin həqiqəti əks etdirmədiyi bildirilir.