İsrail BƏƏ-dən sonra Bəhreyn və Oman ərəb dövlətləri ilə münasibətlərini normallaşdırmağa hazırlaşır

87

 

Hurriyyet.org xəbər verir ki, İsrail dövləti Birləmiş Ərəb Əmirliklərindən sonra Bəhreyn ilə Oman dövlətləri ilə də normallaşma prosesinin gözlənildiyini bildirib. Bu barədə açıqlamanı İsrailin Kəşfiyyat naziri Eli Kohen verib. Nazir deyib: “Bəhreyn və Oman hökmən gündəmdə olacaq. Bununla birlikdə qarşıdakı il ərzində Sudan kimi Afrika ölkələri ilə də münasibətlərimizi normallaşdırmağa çalışacağıq”.