İspaniyanın 52 televiziya kanalında Azərbaycanla bağlı veriliş yayımlanacaq-VİDEO

366

İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniya televiziyalarına 30 dəqiqəlik müsahibə verib. Bu barədə F.Mustafayev özü məlumat verib. Onun sözlərinə görə, müsahibədə Azərbaycanın öz torpaqları uğrunda apardığı haqq mübarizəsindən danışılıb.  Qeyd edilib ki, 44 günlik müharibədə Ali Baş komandan İlham Aliyevin başçılığı altında rəshadətli ordumuz öz gücünü göstərdi: “Bildirdim ki, 30 il ərzində baş tutan danışıqlar heç bir nəticə vermədi. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni ishğalçıları yerinə yetirməyiblər. Əksinə mütəmadi olaraq iğal olunmuş ərazilərdə provakasiyalar törədiblər. Qeyd etdim ki, Azərbaycan 1 milyondan çox məcburi köçkünü var və onların dədə baba yurdlarına qayıtması üçün şərait yaradılıb. Həmçinin  bu 44 gün müharibə ərzində bu ərazilərdə yerləşmiş ermənilər də müharibəyə görə qaçmışdılar. Hətta onlarında geri qayıdıb yaşamaları üçün şərait yaradılıb. Bu Azərbaycanın nə qədər mərhəmətli bir ölkə oldugunu göstərir. Biz heç vaxt müharibənin tərafdarı olmamışıq. Ermənilər yenidən Azərbaycan ərazilərinə hücum etməklə bizi məcbur etdilər.  44 ərzində Azərbaycan böyük qələbəyə imza atdı.

Gördüyünüz kimi işalda olan ərazilər erməni vandalizminin qurbanı olublar. Bir çox rayonlar və kəndlər tamami ilə dağıdılıb və xarabalıqlara  çevriliblər.  Dini ocaqlar təhqir olunub, tarixi abidələr yerlə yeksan olub. Bu dəhşətli görüntülər Azərbaycanın tarixi torpaqlarında baş verib.

Amma buna baxmayaraq  Ali Baş komandan İlham Əliyev bu ərazilərin dərhal tam bərpasına göstəriş verib. Hazırda bu ərazilərdə ciddi işlər gedir. Biz də öz növbəmizdə ispan şirkətlərini və investorlarının marağını bu bölgələrə yönəldəcəyik. Azərbaycan cox güclü və suveren bir dövlətdir və sürətlə inkşaf edən ölkələr sırasındadır. Biz Ali Baş komandanın başçılığı altında daha böyük uğurlara imza atacağıq”.

Qeyd edək ki, Fərid Mustafayevlə hazırlanan veriliş ümumilikdə İspaniyanın 52 televiziya kanalında yayımlanacaq.

Elnur Eltürk