İspaniyada əcnəbilər 14 günlük karantinə alınmayacaq

63

İspaniya hökuməti xaricdən gələnlər üçün icbari 2 həftəlik karantin qaydasını iyulun 1-dən ləğv edir.

Nazirlər Kabineti bu qərarın videokonfrans formatında keçirilən geniş iclasda verildiyini bildirib.

Qeyd edək ki, ölkə ərazisinə gələnlərin 14 günlük icbari karantin keçməsi qaydası mayın 15-dən qüvvədədir.

COVID-19 pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan İspaniya həm yoluxanların (282.852), həm də ölənlərin (28.752) ümumi sayına görə dördüncü yerdə, ölənlərin adambaşına sayına (615) görə isə ikinci yerdədir./report/