İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi

192

İspaniyanın iki şəhərində turistlər uçan taksi xidmətlərindən istifadə edə biləcək. “Euro-pulse” bu barədə İspaniyanın “Enaire” hava aeronaviqasiya şirkətinə istinadən xəbər verib.

Aero-taksilərin xidmətindən 2022-ci ildə Barselona və Santiaqo-de-Kompostela şəhərlərində istifadə olunması nəzərdə tutulur. Hələlik uçan taksilərin xidmətlərindən yalnız əyləncə məqsədi ilə istifadə olunacaq. Belə ki, mütəxəssislər bu nəqliyyat vasitəsinin ətraf mühitə təsirini qiyməndirməlidirlər.