İspaniya Super Kubokunun püşkü atıldı

51

Futbol üzrə İspaniya Super Kubokunun püşkü atılıb. Yarımfinalın ilk oyununda “Barselona” yanvarın 13-də Kordobada “Real Sosyedad”la qarşılaşacaq. Növbəti gün isə “Real” Malaqada “Atletik”lə üz-üzə gələcək.

Super Kubokun finalı yanvarın 17-də Sevilyada baş tutacaq.

Qeyd edək ki, ötən mövsüm İspaniya Super Kubokunun finalı Səudiyyə Ərəbistanında keçirilib  və qalib “Real” olub.