Ev Ölkə İcazə kağızı ilə İsmayıllıda istirahətə getdilər – FOTOLAR

İcazə kağızı ilə İsmayıllıda istirahətə getdilər – FOTOLAR

60

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Sərt karantin rayonlarından İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO) - Gallery Image