İsmayıllıda məktəblinin intiharı ilə bağlı YENİ FAKTLAR – TƏFƏRRÜAT – YENİLƏNİB

    9

    İsmayıllıda məktəblinin intiharı ilə bağlı təfərrüat məlum olub.

    İsmayıllı rayonu Qurbanəfəndi kənd icra nümayəndəsi Cavad Qarayev Publika.az-a bildirib ki, 8-ci sinif şagiridi Kərimov Hilal Əfqan oğlu odlu silahla atəş açaraq intihar edib: "Güllə çənəsinin sağ tərəfindən girib, uşağın beyni dağılıb. O, hadisə zamanı evdə tək olub".

    İcra nümayəndəsinin sözlərinə görə, oğlan atası ilə qalırdı. Atası işdən gələndə oğlunu ölmüş vəziyyətdə görüb: "Ailənin iki övladı Bakıda oxuyur. Ana da uşaqlarla Bakıda qalır".

    ***

    Dünən gecə saatlarında İsmayıllıda dəhşətli hadisə baş verib.

    Publika.az-a daxil olan məlumata görə, İsmayıllıda 9-cu sinif şagirdi M.Ə ov tüfəngi ilə ürəyindən atəş açaraq intihar edib.

    Onun intiharının səbəbi hələlik bəlli deyil.

    Rayon sakinlərinin verdiyi məlumata görə, uşağın ailəsi onun intihar etmədiyini, silahla ehtiyatsız davranması səbəbindən atəş açıldığını və ürəyindən aldığı güllə yarasından öldüyünü bildirib.

    Faktla bağlı cinayət işi açılıb.