İsmayıllıda körpünü sel apardı

    6

    İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

    Hurriyyet.org bildirir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

    Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: “Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

    Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir”