İsmayıllıda ağır qəza: ölənlər var – FOTOLAR

12

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford Tranzit" markalı, 23-BC-086 dövlət nömrə nişanlı yük maşını "VAZ 2107" markalı, 10-FZ-877 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.