İsmayıllıda narkotik becərən Balakən sakini saxlanıldı – FOTO

42

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının  həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanılıb. E.Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda  xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

E.Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.