Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.
Hurriyyet.org bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə gömrük xidməti general-mayor İsmayıl Hüseynov gətirilib. Təyinat bu günlərdə həyata keçirilib.
DGK-nın mətbuat xidməti də faktı redaksiyaya təsdiqləyib.
Qeyd edək ki, İ. Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu.