İŞİD terror təşkilatının qondarma Türkiyə əmiri Mahmut Özden yaxalandı. Qurduqları plan yarımçıq qaldı

78

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “Tvitter” şəbəkəsindəki açıqlamasında İŞİD-in qondarma Türkiyə əmiri Mahmut Özdenin yaxalandığını və həbs olunduğunu bildirib.

Soylu əməliyyat zamanı mühüm planların da ələ keçirildiyini xəbər verib: “Yaxalanan planlarda silahların harada saxlanılacağı barəsində məlumat da var”.

Terrorçuların mühüm planları həyata keçirməyə hazırlaşarkən yaxalandığını bildirən Soylu “Təşəkkürlər, təbriklər, Asayiş Təşkilatı” deyib.