İŞİD-in qondarma Türkiyə əmirinin  evindən xaos planları çıxdı. Siyasi girovlar götürmyə hazırlaşırmışlar

87

Hurriyyet.org xəbər verir ki, İŞİD-in həbs edilmiş qondarma Türkiyə əmiri Mahmut Özdenin evində xaos planları aşkar edilib. Təşkilatın bəzi siyasətçiləri və dövlət adamlarını Suriyaya qaçırmaq planları hazırladığı bəlli olub.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İŞİD terror təşkilatının qondarma Türkiyə əmiri, “Hamza Biriketçi” kod adlı Mahmut Özdenin Adanada həbs edildiyini bildirib. Asayiş qüvvələri ötən günlərdə İŞİD-in Ayasofya məscidinə hücuma hazırlaşdığı məlumatı ilə bağlı əməliyyat keçirmiş, İstanbulda casusluq edən terrorçu Hüseyin Sağırı bir oteldə ələ keçirmişdi. İstintaqı dərinləşdirən polis Adana qondarma əmir Mahmut Özdeni həbs eləyib.

Nazir Soylu deyib: “Mahmut Özdenin Suriyadan təlimat aldığı, 10-12 nəfərlik qruplar yaradaraq, Türkiyədə qarışıqlıq planlaşdırdığı, siyasət və dövlət adamlarını qaçırıb Suriyaya aparmaq planlarının olduğu dəqiq şəkildə sənədlərlə isbat edilib”.

Özdenin yaxalandığı evdə çox dayda dijital sənəd ələ keçirilib. Sənədlərdə partlayıcı və silahların kimlərə veriləcəyi bildirilir. Qrupların kimlərlə hərəkət edəcəyi, eskizlər, məlumatlar və xəritələr ələ keçirilib.

Bundan əvvəl Özdenin terror təşkilatına cəlb elədiyi hər bir şəxs üçün İŞİD-dən 7 min dollar aldığı iddia edilmişdi.