İşdən qovulduğunu canlı yayımda öyrənən professorun REAKSİYASI – VİDEO

78

Bu günlərdə Türkiyənin “Habertürk” telekanalında canlı verilişin qonağı olan professor Mehmet Çilingiroğlu emosional davranışı ilə diqqət mərkəzinə düşüb.

Hurriyyet.org Yenicag.az-a istinadla xəbər verir ki, professor verilişdə ona söz demək imkanı yaradılmadığı üçün canlı yayımı tərk edib.

Çilingiroğlunun bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və davamlı mübahisələrə səbəb olub. Lakin bu hərəkəti professora baha başa gəlib.

“CNN Türk” telekanalında canlı yayımlanan “Akıl Çemberi” verilişinə dəvət olunan Çiliniroğlu proqramın gedişində çalışdığı Koç Universitetindən qovulduğunu öyrənib.

Professor bu xəbərə təmkinli reaksiya verərək, “Məni qovsalar nə olacaq, qovmasalar nə olacaq”, – deyib.

Həmin videonu təqdim edirik: