İşdən azad edilən Leyla İmanova KİMDİR?

6

18:09

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.

Bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında qərar verilib.

Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib.

Qeyd edək ki, Leyla İmanova tanınmış iqtisadçı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun həyat yoldaşı, mərhum akademik Bəkir Nəbiyevin qızıdır. \\Axar