İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı

6

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizədlərin müraicətinə baxılıb.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, müraciət haqqında MSK üzvü İlkin Şahbazov məlumat verib. O qeyd edib ki, dairə üzrə namizədliyi qeydə alınmış Əlirza Kərimli və digərlərinin müraciəti araşdırılıb. Yoxlamalar zamanı namizədlərin şikayətlərinin əsassız olduğu təsdiqlənib. MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə şikayət təmin edilməyib.

İclasda 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd Turqut Qənbərin də şikayəti təmin edilməyib.

Qeyd edək ki, Turqut Qənbər keçmiş spiker İsa Qənbərin oğludur.