İsa Qəmbər xəstəxanadan çıxıb

    15

    Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bir müddət bundan öncə Almaniyaya gedib. Onun Almaniyaya yola salınması müayinə olunmaq istəməsi ilə bağlı idi.

    Hurriyyet.org bildirir ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı modern.az-a danışarkən İsa Qəmbərin səhhətinin qənaətbəxş olduğunu deyib:

    “İsa Qəmbər artıq xəstəxanadan çıxıb və sağlıq durumu yaxşıdır. Səhhəti ilə əlaqəli hər hansı ciddi problemi yoxdur. İndi istirahət edir. Bir neçə günə Almaniyadan Bakıya dönəcək”.

    Qeyd edək ki, bu ilin əvvəlində İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib. Fevral ayının sonlarında isə müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.