“İş yoldaşlarımın içində İrəvan erməniləri var…”

645

Eluca Atalı: “Hardasa 15-20 İrəvan ermənisi ilə bir yerdə olmuşam, heç vaxt Qarabağın adın tutmayıblar”

“Erməniyə yardım edən fars rejiminin və rusçuluğun tüğyanı Azərbaycanda enəcək, türkçülük ideyası yüksələcək…”

İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının əsərləri 15-dən artıq dildə tərcümə olunub. Bu günədək 28 kitabı çapdan çıxıb, 5 kitabı isə hazırda xarici dildə yayımdadır. Kitabları “Amazon” və digər məşhur kitab satış mərkəzlərində satılır. Eluca xanımla söhbətimizdə ilk olaraq şanlı ordumuzun Qarabağ və ətraf bölgələrdə apardığı hərbi əməliyyatlarla bağlı fikirlərini öyrənməyə çalışdıq:

(Əvvəli ötən sayımızda)

– Sizcə, bu gün düşmən niyə mülki əhalini hədəf seçir?

– İstəyir bizi sarsıtsın, xalq qorxub savaşdan çəkinsin. Biz təbiətən sakitliyi sevən, humanitar, savaş istəməyən bir millətik. Amma bu gün əksinə olub, qocadan tutmuş cavana qədər, kişidən tutmuş qadına qədər hər kəs yalnız savaş istəyir. Hətta 3 günlük atəşkəs söhbətini ağlaşma ilə qarşıladıq. Çünki ermənin cənnət yurdumuz olan Qarabağa sahiblənməsi bizim ləyaqətimizi, şərəfimizi tapdayıb. Erməni fiziki gücdən qorxan olduğu üçün biz ona güc göstərməliyik. O təbiətən döyüşkən, çətinliyə tab gətirən millət deyil. Onlar yaxşı yaşamağı sevirlər, harda günləri xoş keçsə, orda yaşarlar. Onlarda yurd anlayışı, torpağa, yurda bağlılıq bizdəki qədər dərin deyil. Biz torpağı ana bilmişik, torpaq haqqı deyib, and içmişik. Bu yurdçuluq sevgisidir. Erməni isə dünyaya səpələnib, haraya sərmayə qoyub qazanc əldə edə bilərlərsə, ora cumurlar.

Bir faktı da deyim, bunlar Bakıya da XIX əsrin sonlarında neft fantan vuran vaxtı gəldilər. Baxıb gördülər ki, dünya Bakıya maya qoyur varlanır, bunlar da axın etdilər. Amma az bir müddətdə Bakının siyasətini ələ keçirtdilər, təbii ki, rusla – bolşeviklərlə əlbir olub inqilab adı ilə daşnak qüvvləri yığdılar. Stepan Şaumyanlar, Lalayanlar, Balayanlar ta 1918-ci il mart qırğınını törədənə qədər at oynatdılar. Yuxarıda dedim, bunlar fiziki gücdən qorxandılar, 1 apreldə 36-cı silahlı “Türküstan” batalyonu şəhərə girib daşnaklara “Silahı yerə qoy!” əmri verənə qədər 12 min adamı qətl etdilər.

– Hadrutun alınma xəbərini necə qarşıladınız?

– Göz yaşı ilə!!! Tək Hadrutu yox, hər alınan təpə, dağ, kənd, şəhər xəbərini sevincdən ağlayaraq qarşılayıram. Yurdumuz qayıdır, şəhərlərimiz, kəndlərimiz bərpa ediləcək, torpağımız əkiləcək. Bunlar nə acgöz millətmişlər: Hadrut, Şuşa, Xankəndi və Kəlbəcərdəki qızıl zavodunun ətrafındakə tək-tük tikilidən savayı, bir dənə kənddə daş-daş üstündə qalmayıb, məzar daşına qədər söküb aparıblar.

– Siz yaşadığınız ölkədə ermənilərlə üz-üzə gəlmisinizmi?

– Məhəlləmizdə əsasən Suriya və Livan erməniləri var, iş yoldaşlarımın içində həm də İrəvan erməniləri var. Ümumi halda, olduğum kurslarla birgə hardasa 15-20 İrəvan ermənisi ilə bir yerdə olmuşam, heç vaxt Qarabağın adın tutmayıblar. Amma Suriya və Livan erməniləri azərbaycanlı olduğumu bilən kimi Qarabağın ermənilərin olduğunu deyib, bunu mənimlə mübahisə mövzusu ediblər, tutarlı cavabların vermişəm. İsveçdə xaricilərlə söhbət edəndə Xocalıdan olduğumu deyib, ermənilərin etdiyi soyqırımı açıqlayıram.

– Gəncədə törədilən terror aktları ilə bağlı da həqiqətləri çatdıra bildinizmi?

– Bu yöndə bacardıqca iş görürük, məqalələr, intervyular, söhbətlər, press konfranslar və s. 17 oktyabrda şəhər mərkəzində dövlətimizə və ordumuza dəstək aksiyası keçirəcəyik(Müsahibə 15 oktyabrda götürülüb – red.).

– Cəbhədəki son vəziyyəti necə qiymətləndirirsiniz?

– Əla! Hücuma keçən əsgərlərimizin vuran əllərindən öpürəm. Yurd müqəddəsləşən torpaqdır, onlar müqəddəs iş görürlər. Bu yolda dizləri bükülməsin, ürəkləri əsməsin.

-Düşmən çox sayda itki verir. Artıq, Xankəndinin və Şuşanın boşaldıldığı deyilir…

– Xankəndindən və Şuşadan çəkilmiş videolara baxıram, düşmən arxasına baxmadan vahimə içində qaçır. Ağıllarına gətirmirdilər ki, bir gün hücuma keçəcəyik, qondarma dövlətin and içmə binasın vurub yerlə bir edəcəyik! Biz gözlənilməz olduğumuz halda gözlənirdik, yağı tapdağında olan doğmamızın gözü yolda qalmışdı. 1992-ci ilin 29 martında mənim Ocaqçı qardaşım Amaltay Şuşa uğrunda gedən savaşda düşmən gülləsinə tuş gəldi. 10 mayda onun 40 mərasiminə Şəmkirə gedirdik, sübh tezdən Göyçayda yolda qarşımıza yük maşınları çıxdı. Maşının arxasında əsgərlər vardı, avtomatlarını kökslərinə sıxmışdılar, yağış yağırdı. Uşaq ikən tarix kitabından Rusiyadan qayıdan Napolionun məğlub ordusunun Fransaya nizamsız qayıtdığını oxuduğum sətirləri xatırladım. Məğlub əsgərin üzündə nə dərəcədə kədər, qüssə olardısa, onu Şuşanın məğlubiyyətində gördüm. İnanın, bu dəqiqə bu sətirləri yazanda ağlamaqdan özümü saxlaya bilmirəm. 28 il keçib, amma o səhnə yenə də film kimi gözlərimdən çəkilmir.

Şuşa alınandan sonra gedib o torpağı öpəcəm, üz qoyacam yurdumun müqəddəs torpağına.

– Eluca xanım, yaradıcılığınızla bağlı nə kimi yeniliklər var, yeni əsərləriniz çapdan çıxıbmı?

– Son kitabim iki ay əvvəl Hindistanda benqal dilində “Xoş gəldin, Ayrılıq” yayımlandı, yüksək rəylər almış və Kalkutda universitetində konfrans vermək üçün dəvət ediblər. “Tiqranizm Xocalıda” kitabım bu günlərdə ingilis və ərəb dilində yayımlanacaq, Anka quşu 8-11 yaşlı uşaqlar üçün olan kitabım Türkiyədə yayımdadır. “Atanurun sərgüzəştləri” uşaq məcara kitabım Özbəkistanda yayımdadır. Hal-hazırda “İran hizbullah zindanında” romanımı kitablaşdırıram.

– Oxucularınız daha çox hansı ölkədəndir?

-Türkiyə, Özbəkistan, İran, Əfqanistan, İraqdan daha çox məktub aldığıma görə hələ ki bu ölkələri deyə bilərəm.

– Əsərlərinizdə erməni vəhşiliklərindən bəhs edirsiniz…

– Erməni xisləti desək, daha düz olmazmı? Tutaq elə “Tiqranizm Xocalıda” əsərim, bunu tək vəhşilikdən bəhs edən bir əsər saymaq nə dərəcədə düz olardı? Burda bizim eranın 50-60-cı illərində ermənilərin ilk erməni dövləti ideyasından tutmuş, Roma imperiyasının zəifləyən vaxtı imperiyanın bir hissəsini erməni dövləti elan etdilər. Lakin bu cəmi 2-3 il yaşadı, Roma imperatoru Marsel ordu sərkərdələrindən biri olan, mənşəcə erməni II Tiqranı atının quyruğuna bağlayıb Avropada sürütlədi və bununla da onlarda dövlət ideyası məzara gömdü, ta ki 1800-cü illərə kimi – Rus-İran savaşına qədər, 1828-ci il Naxçıvan və İrəvan xanlıqları ləğv olunub, İrəvan quberniyası yaranana qədər olan bir dövürdən 1992-ci il Xocalı soyqırımına qədər böyük bir tarixi olayları bu kitaba sığışdırmışam. Təbii ki, yuxarıda saydığım erməni kimliyi əsərboyu açılır, Tiqranın keyfiyyətləri 1918-ci ildə Naxçıvan, Zəngəzur, İrəvan, Güney Azərbaycanı qırmış Andronikdə, “Ocaq” əsərini yazmış Zori Balayanda da yaşadığını göstərmişəm.

Digər erməni xislətindən bəhs edən əsərim sizin də oxuduğunuz “Nalşəkilli mühasirə”dir. 1914-cü il Anadolu cəbhəsində ermənilərin Rusiya çarı II Nikolaydan Şərqi Anadolunu istəmələrindən 1918-ci il daşnak qoşununun Laçında Zabux dərəsində Sultan bəyin Nalşəkilli hərbi taktikası ilə süquta uğradılana qədər olan bir dövrü əhatə edir. Digər romanım isə “Savaşda qalib yoxdur”u yaxın zamanda çapa hazırlamağı düşünürəm.

Sonda Asif Atanın bir fikrini demək istəyirəm, o, deyir: “Biz Qafqazda şanslı millətik, türk dünyası adlanan böyük dənizə axırıq. Qafqazda bizdən savayı heç kimin belə bir şansı yoxdur“.

Mənə qalsa, Qarabağ savaşından nə gözləyirəm? Torpaqla yanaşı, erməniyə yardım edən fars rejiminin və rusçuluğun tüğyanı Azərbaycanda enəcək, türkçülük ideyası yüksələcək. Bu da yaxın gələcəkdə Turançılıq ideyasının əmələ keçməsinə səbəb olacaq.

Qarabağın işğalını ermənin xeyrinə həll etmək istəyn Minsk qrupu türkün yaddaşsızlığına hesabladığı siyasi gedişində yanıldığı üçün xar olacaq! Amma utanmayacaq, çünki siyasətçidə bir yox, bir neçə sifət var.

Söhbətləşdi: YƏHYA