Şirvanda beşmərtəbəli binada yanğın – İki nəfər zəhərləndi

    3

    Şirvanda beşmərtəbəli yaşayış binasında yanğın olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Tofiq İsmayılov küçəsində baş verib.

    Həmin mənzildə qaz balonunun partlaması nəticəsində evdə yanğın olub. Yanğın zamanı mənzildə 2 nəfər ev sahibi tüstüdən zəhərlənərək Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

    Yanğın Şirvan şəhər Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.