İRƏVAN MOSKVAYA ÜZ DÖNDƏRİR?

    6

    İlham İsmayıl: “Ola bilsin ki, yeni nazirin təyinatı ilə əlaqdar belə məsləhət biliblər”

    2018-ci il mayın 17-də Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının növbəti, 44-cü iclası keçirilib. Xəbər verilir ki, Şuranın iclasında əsas diqqət terrorçuluq və ümumdünya mütəşəkkil cinayətkarlığı ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilləşdirilməsinə yönəlib.

    İştirakçılar Əfqanıstan İslam Respublikasının şimalında yaranmış hərbi-siyasi vəziyyəti, onun Mərkəzi Asiya regionundakı vəziyyətə təsiri məsələlərini müzakirə ediblər, terrorçuluq fəaliyyətinin qarşısının alınmasına yönəlik əlavə tədbirlər planı hazırlayıblar.

    Məlumata görə, tədbir 16-18 may tarixlərində İrəvanda keçirilməli imiş. Lakin son günlərdə Ermənistanda baş verən hadisələr, Nikol Paşinyanın hakimiyyətə gəlişi, təhlükəsizlik xidmətinin rəhbərliyinə Qərbyönlü kadrın təyin edilməsi iclasın keçirilməsinə mane olub, sonra isə ermənilər, ümumiyyətlə ev sahibliyindən imtina ediblər. Nəticədə tədbir 16-18 may tarixlərində Moskvada keçirilib.

    Əslində, Ermənistanda təkcə təhlükəsizlik xidmətinin rəhbəri Qərbyönlü deyil ki. Demək olar ki, bir çox rəhbər vəzifələrə Qərbyönlü kadrlar təyin olunub. Məsələn, baş nazirin müavini Ararat Mirzoyan Beynəlxalq seçki sistemləri fondunun koordinatorudur, həmin fond isə Amerikanın “Demokratiyaya dəstək fondu” adlanan qeyri-kommersiya təşkilatı ilə bağlıdır. Müdafiə naziri David Tonoyan Amerikanın NATO-dakı daimi nümayəndəsi olub. Xarici İşlər naziri Zöhrab Mnatsakanyan – Mançester universitetinin politologiya fakültəsinin məzunu, İrəvanın BMT-dəki keçmiş daimi nümayəndəsidir. Kənd təsərrüfatı naziri Artur Xaçatryan Ermənistanın Amerika universitetini bitirib. Ədliyyə naziri Artak Zeynalyan ABŞ Dövlət Departamentinin dəvəti ilə Amerikada keçirilən prezident seçkilərində müşahidəçi olub. Mədəniyyət naziri Lilit Makunts da ABŞ-da təhsil alıb. İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan isə Massaçusets texnoloji institutunun iqtisadiyyat professorudur. Rusiya KİV məhz buna görə, yeni erməni hökumətinə etibar etməməli olduqlarını yazırlar. Hətta rusiyalı analtik və tarixçi Oleq Kuznetsov qeyd edir ki, bu gün Ermənistan ABŞ tərəfindən Rusiyaya qarşı çıxış edir: “Lakin çox təəssüf ki, Moskva bunu başa düşmür”

    ABŞ-ın Nikol Paşinyanın rəhbərlik etdiyi yeni Ermənistan hökumətində islahatların aparılması üçün 140 milyon dollar məbləğində maliyyə yardımının ayrılması məsələsini nəzərdən keçirməsi də onu deməyə əsas verir ki, ABŞ Ermənistanda təsir gücünü artırmağa, eyni zamanda Rusiyanı Ermənistandan sıxışıdırıb, çıxarmağa çalışır.

    “Bu, Ermənistandakı siyasi vəziyyətlə əlaqədardır”

     

    MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının Rəhbərləri Şurasının növbəti, 44-cü iclası ratasiya qaydasında İrəvanda keçirilməli olduğu halda, Moskvada baş tutması ilə bağlı keçmiş MTN zabiti İlham İsmayıl “Hürriyyət”ə bildirdi ki, bu, Ermənistandakı siyasi vəziyyətlə əlaqədardır: “ABŞ buna niyə maneçilik eləsin? Əgər tədbir Ermənistanda keçirilsəydi, ora gələn rəhbərlər iclas zalında oturub, çıxıb gedəcəkdilər. Adətən formal xarakter daşıyan, hər il keçirilən müşavirələrdir. Yəni burada kənar qüvvə axtarmağa ehtiyac yoxdur. Ermənistan MDB-nin, üstəgəl KTMT-nin üzvüdür, Rusiyanın qoşunları da Gümrüdə yerləşir. Bütün bunlardan sonra fikirləşsək ki, təhlükəsizlik xidmətlərinin iclasının Ermənsitanda keçirilməsi nəyəsə perspektivdə mane olacaq… Yox. Ermənistandakı siyasi stiuasiya və ola bilsin ki, yeni nazirin də təyinatı ilə əlaqdar olaraq belə məsləhət biliblər. Yəqin ki, ümumi narazılıq da olub. Tutaq ki, bizimkilər tərəfindən də narazılıq ola bilər ki, imkan varsa, iclas başqa yerdə keçirilsin. Başqa yerdə keçiriləndə isə ən yaxşı yer Moskvadır. Mənə elə gəlir ki, burada xüsusi bir şey yoxdur. Sadəcə, Ermənistandakı stiuasiya ilə bağlıdır”.

    “Rusiyadan asılılıqlarını bildikləri halda Rusiyaya “buynuz” göstərə bilməzlər”

    İ. İsmayıl vurğuladı ki, indki halda Ermənistan nə qədər Qərbyönümlü olsa da, Rusiyadan nə dərəcədə asılılıqlarını bilirlər: “Rusiyadan asılılıqlarını bildikləri halda birdən-birə Rusiyaya “buynuz” göstərə bilməzlər. Yəni ki, iclasın Ermənistanda keçirilməsindən imtina edə bilməzlər. Hazırda çox eyhtiyatla rəftar edirlər. Ola bilsin ki, hələ xeyli alışalar. Qərbyönümlü olmağa Qərbyönümlüdürlər. Qərbyönümlü olmaqları da onlara müsbət gətirir. Amma perspektivdə birdən-birə Rusiyanın əleyhinə çıxmaq məsələsi, xüsusilə təhlükəsizlik xidmətində müəyyən təcrübəsi olan bir adamın birdən-birə Rusiyanın və yaxud MDB-nin əleyhinə getməsi mümkün olan şey deyil. Onlar bu işi tədricən görəcəklər. Rusiyadakı vəziyyəyti dəyərləndirə-dəyərləndirə görəcəklər. Birdən-birə necə vəziyyət alınacağını yaxşı bilirlər. Çünki zamanında başqa bir istiqamət götürən Ermənistanda adamları Rusiyanın adamı parlamentin ortasında güllələyib, çıxıb getmişdi. Ona görə də bunu Rusiya əleyhinə qəbul etmək lazım deyil”.

    “Ermənistandakı “məxməri inqilab” Qərbdə böyük rezonans doğurub”

    İ. İsmayıl onu da qeyd etdi ki, Amerikanın 140 milyon Ermənsitanda keçirilən islahatalara pul ayırması Ermənsitandan çox Amerikanın niyyətindən xəbər veirir: “Billir ki, Ermənistana pul lazımdır və deyir sənə pulu nə üçün verirəm. Yəni kasıb ölkə kimi vermirəm, islahatlar aparmaq üçün veririk. Ermənistandakı “məxməri inqilab” Qərbdə böyük rezonans doğurub və Qərb bütün hallarda dəstək verməyə hazırdır. Ola bilsin ki, Ermənistanı Rusiyanın həm iqtisadi, həm hərbi, həm də siyasi təsirindən aralasınlar”.

    “Rusiya Ermənistana düşmən olsa belə, Qarabağ məsələsini maksimum çalışacaq ki Azərbaycanın xeyrinə həll etməsin”

    “Aralaya biləcəklərmi” sualına isə keçmiş MTN zabiti belə cavab verdi: “Çətin məsələdir. Amma xalq tərəfindən bunlar dəstək versələr, elə bilməyin ki, sabah Rusiya Qarabağı alıb, bizə verəcək, yox. Çətin baş verən məsələdir. İndi də Qərb o tərəfə keçəcək. Açığı ermənilər daha ağıllı siyasət yeridirlər. Həm Qərbi, həm də Rusiyanı əllərində tuturlar və bilirlər ki, Rusiya Ermənistana düşmən olsa belə, Qarabağ məsələsini maksimum çalışacaq ki Azərbaycanın xeyrinə həll etməsin. Ona görə ki, heç bunu İran da istəmir”.

    Şamo EMİN, Hurriyyet.org