ÇİRKİN PLANLARI AŞKARA ÇIXDI! – Türkiyə-ABŞ əməkdaşlığına qarşı PKK/YPG-ƏSƏD YAXINLAŞMASI

    9

    Hurriyyet.org xəbər verir ki, PKK/YPG terror təşkilatı Menbiçdəki Türkiyə ABŞ əməkdaşlığının Fərat çayının şərqinə daşınması ehtimalı qarşısında yeni yollar axtarmağa başlayıb.

    YPG/PKK-nın Suriyanın şimalından çıxarılması üçün İyunun 4-də Türkiyə ilə Amerikanın Menbiç rayonunun YPG/PKK terrorçularından təmizlənməsi üçün yol xəritəsində razılığa gəlməsi, PKK/YPG-ni Əsəd hökuməti ilə yaxınlaşmaq və əməkdaşlıq axtarmağa məcbur eləyib. Suriyadakı etibarlı mənbələrin “Anadolu Agentliyi”nə verdiyi məlumata görə, Rakka və Haseke rayonlarının ərazisini işğal edən terror təşkilatı həmin mövqeləri tərk eləməmək üçün Suriya hökuməti ilə şərtləri müzakirə edir. Təqribən bir həftə davam edən müzakirələrdə PKK/YPG-nın işğal elədiyi Yarubiye, Simelka və Derbesiye sərhəd qapıları ilə neft ərazilərini hökumətə qaytaracağı, təşkilat üzvlərinin Suriya ordusuna qatılacağı məsələlərindən bəhs edildiyi bildirilir.

    Hasekedəki yerli mənbələr Şam və Hasekedə görüşən terrorçularla Suriya dövləti nümayəndələrinin ilkin mərhələdə Hasekedən terrorçuların başçısı Abdullah Öcalanın şəkillərinin yığışdırılması məsələsində razılaşdıqlarını bildirir.

    Mətbuatın yazdığına görə, razılaşma əldə ediləcəyi təqdirdə YPG/PKK, rejimin rəsmi qalxanından istifadə edərək, Türkiyənin Fərat çayının şərqinə keçməsini əngəlləməyi planlaşdırır.

    Hazırda PKK/YPG terror təşkilatı Suriyanın şimalında Fərat çayının şərqindəki Rakka, Haseke rayonları ilə Deyr əz-Zor rayonunun şimal və şərq tərəflərindəki bölgələri işğalı altında saxlayır.

    “Anadolu Agentliyi”nin təqdim elədiyi xəritəyə görə, Türkiyənin “Zeytun budağı” əməliyyatı nəticəsində Afrindən qovulan terrorçular hələ də ölkənin təqribən dörddə bir hissəsinə nəzarət edirlər.

    Hurriyyet.org