Şirkət rəhbəri tullantıları yandırdığına görə 4800 manat cərimələndi – FOTOLAR

    3

    Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandıran müəssisə rəhbəri cərimələnib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.orga verilən məlumata görə, bununla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları araşdırma aparıb.

    Araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

    Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.