İrəvanda banka hücum edildi – ÖLƏN VƏ YARALANANLAR VAR – YENİLƏNİB

    27

    "HSBC" bankının İrəvandakı filialında baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. 

    Hurriyyet.org xəbər verir ki, bunu Ermənistan polisinin KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

    ***

    Mayın 3-də İrəvanın mərkəzində yerləşən HSBC bankına naməlum şəxslər tərəfindən hücum edilib. Nəticədə bankın giriş qapısındakı mühafizəçisi aldığı güllə yaralarından elə yerindəcə keçinib.

    Hurriyyet.org xəbər verir ki, atəş açan şəxslərdən biri artıq həbs edilib. Digəri isə qaçmağı bacarıb. Atışma nəticəsində bir nəfər polis əməkdaşının yaralandığı qeyd olunur.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı İrəvan Prokurorluğunda cinayət işi açılıb./lent.az/