İrəvan bu dəfə Lukaşenkonu təkzib etdi – KTMT məsələsi

    6

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan ermənistanlı baş katibi Yuri Xaçaturovun yerinə hansı ölkənin nümayəndəsinin gətiriləcəyi ilə bağlı məsələ hələ həllini tapmayıb.
    Hurriyyet.org
    azvision.az-a stinədən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyan “Facebook”dakı səhifəsində bildirib. Bununla da, İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən gün Sankt-Peterburqda səsləndirdiyi bəyanatını təkzib edib.

    “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi həll olunmayıb” – Yeqonyan yazıb.

    Qeyd edək ki, Lukaşenko dünən Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub: “Bugünkü görüşlərdə, prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar.”