İRAQDAN ABŞ-a “SOYUQ DUŞ”

    12

    Hurriyyet.org xəbər verir ki, İraqın baş naziri Heydər əl İbadi ölkədəki ABŞ hərbi müşavirlərinin sayını azaltmaq istəyir. Bağdadda Amerika Senatı heyəti ilə görüşən İraq baş naziri Heydər Əl İbadi İraqdakı Amerika hərbi müşavirlərinin sayının azaldılmasını tələb edib.

    Baş nazirin mətbuat xidmətinin yaydığı yazılı açıqlamada bildirilir ki, Heydər Əl İbadi ABŞ Senatı heyətini, ABŞ-ın Bağdaddakı səfiri Duqlas Sillimanı, İraq və Suriyadakı ABŞ qüvvələrinin komandiri Pol Funku qəbul edib. İkitərəfli münasibətlərin və ABŞ-ın İraqı hər sahədə dəstəkləməsi məsələlərinin müzakirə oldunduğunu bildirən açıqlamada ABŞ heyətinin İraq qüvvələrinin İŞİD terror təşkilatı üzərindəki böyük qələbəni təqdirlə qarşıladıqları və baş nazir Heydər əl İbadinin ölkədəki ABŞ hərbi müşavirlərinin sayını azalatmadını tələb elədiyi qeyd edilib.

    Hurriyyet.org