Hurriyyet.org xəbər verir ki, İraqdakı etiraz mitinqlərində son iki gün ərzində asayiş qüvvələrinin müdaxiləsi nəticəsində 6 nəfər nümayişçinin həlak olduğu bildirilir. İraqın Müstəqil Ali İnsan Hüquqları Komissarlığının üzvü Əli Bayatlı “Anadolu Agentliyi”nin müxbirinə açıqlamasında deyib: “Son 48 saat içərisində asayiş qüvvələrinin müdaxiləsi nəticəsində 6 nəfər etirazçı öldürülüb”.
Bağdadda 4, Kərbəla və Bəsrada isə 1 nəfər nümayişçinin həlak olduğunu söyləyən Bayatlı onlarla insanın, o cümlədən asayiş qüvvələrinin də yaralandığını bildirib.
2019-cu ilin 1 oktyabr tarixindən bəri İraqda korrupsiya, infrastruktur çatışmazlığı, ölkəyə xarici müdaxilələr kimi problemlərlə əlaqədar hökumətə qarşı nümayişlər keçirilir.
Hurriyyet.org