İraqda etirazçılar yolları bağladılar

27

Hurriyyet.org xəbər verir ki, İraqın paytaxtı Bağdadda və cənubundakı şəhərlərdə hökumətə qarşı nümayişçilər təkərlər yandıraraq yolları kəsiblər. Bəzi vilayətlərdə yarımrəsmi tətil elan edilib.

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilər paytaxtın mərkəzi ilə iki tərəfini bir-birinə bağlayan magistral yolda və körpülərdə təkərlər yandıraraq nəqliyyatın yolunu kəsiblər. Asayiş qüvvələri isə etirazçılara qarşı qaz bombası və bəzən həqiqi güllələrdən istifadə edərək müdaxilə edib. Bağdadla yanaşı, bir sıra cənub şəhərlərində də eyni vəziyyət yaranıb. Zikar, Kadisiyə, Nəcəf, Babil şəhərlərində qarışıqlığın artmaması üçün yarımrəsmi tətil elan edilib.

Sədr hərəkatının lideri Mukteda əs-Sədr də baş verənlərlə bağlı sosial mediada açıqlama verərək, nümayişlərin sülh şəraitində davam eləməsini və Haşdi Şabidən nümayişçilərə müdaxilə vasitəsi kimi istifadə edilməməsini tələb edib. Şiə məzhəbli dini və siyasi lider Muktəda təcili şəkildə yeni baş nazirin seçilməsinin lazım olduğunu, ölkənin təhlükə qarşısında olduğunu yazıb.

Etirazçılar müstəqil və texnokrat hökumətin qurulması, korrupsionerlərin və etirazçıları öldürənlərin cəzalandırılması üçün hökumətə möhlət vermişdilər. Bu möhlət sabah səhər başa çatır.

Hurriyyet.org