İraqda ABŞ-a qarşı nümayişlər başladı

6

Hurriyyet.org xəbər verir ki, bu gün İraqda səhər saatlarında ABŞ-ın ölkədəki hərbi varlığına etiraz edən əhali küçələrə çıxıb.  “ABŞ-a xeyr, İsrailə xeyr!” şüarı ilə başlayan nümayişlərə minlərlə adam qoşulub.

İraqda Sədr hərəkatının lideri Muktəda əs Sədr ABŞ-ın ölkədəki varlığına qarşı “milyonluq nümayiş” keçirmək çağırışı etmişdi.

Sədr sosial mediadakı açıqlamasında İraqın hava məkanı və suverenliyinin ABŞ qüvvələri tərəfindən pozulduğunu bildirərək, xalqı ABŞ-ın ölkədəki varlığına etiraz eləməyə çağırıb.

Haşdi Şabi təşkilatının Bədir dəstələrinin komandanı Hadi Amiri də Sədrin ABŞ-ın İraqdakı varlığına qarşı “milonluq nümayişlər” çağırışına dəstək verib.

Hurriyyet.org