İraqda Yeni il bayramı günlərində Bağdadda terror aktı təşkil etməyi planlaşdıran şəxs həbs olunub.
Məlumatı “Al Sumaria” ölkənin Milli Təhlükəsizlik Agentliyinə istinadən yayıb.
“Salah-ed-Din və Diyala əyalətlərində kəşfiyyat əməliyyatları nəticəsində terror özəyinin zərərsizləşdirilməsinə və dörd nəfərin, o cümlədən Yeni il bayramları zamanı özünü Bağdadda partlatmağı planlaşdıran terrorçu kamikadzenin həbs edilməsinə nail olunub”, – agentliyin açıqlamasında deyilir.
Şübhəli şəxslər etiraf ediblər ki, onlar Milad və Yeni il zamanı Bağdadda sabitliyi pozmaq barədə təlimat alıblar.\\Report