İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb

42

İraqın şərqində yerləşən Diyala əyalətində törədilən iki partlayış nəticəsində azı 3 qadın ölüb, 3 polis əməkdaşı yaralanıb.

Məlumatı İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti yayıb.

Bildirilib ki, birinci partlayış motoskletdə baş verib. Motoskletə minmiş 3 qadın partlayışın qurbanı olub. İkinci partlayış polis əməkdaşları hadisə yerinə gələrkən baş verib.

Əldəqayırma partlayıcı qurğu hadisə yerində partladılıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb. \\Report