İRAQDA ETİRAZ NÜMAYİŞLƏRİ – Ölənlər və yaralananlar var

75

Hurriyyet.org xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərində hökumətə qarşı nümayişlər axşam saatlarında yenidən alovlanıb. Asayiş qüvvələrinin açdığı atəş nəticəsində 2 nəfər ölüb.

Yerli mənbələrin və şahidlərin verdikləri məlumata görə, Bağdadın mərkəzindəki Tahrir meydanında yenidən başlanan nümayişlər nəticəsində 2 nəfər həlak olub, onlarla insan yaralanıb. Bəzi nümayişçilər hadisə yerindən video çəkərək, yaralıların xəstəxanalara aparılması üçün gələn təcili yardım maşınlarının asayiş qüvvələri tərəfindən meydana daxil olmasına icazə verilmədiyini bildiriblər.

İraqda fəaliyyət göstərən aktivistlər sosial şəbəkələrdə baş nazir Mustafa əl Kazımini hadisələrə nəzarət eləməyə çağırıblar.

Hələlik hökümət hadisə ilə bağlı açıqlama verməyib.

Hurriyyet.org