İraqda Amerika Universitetində partlayış törədilib

57

İraqın Nəcəf şəhərində yerləşən və ingilis dilində təhsil verən Amerika Universitetində partlayış törədilib.

“Report” xəbər verir ki, məlumatı “Mehr” yayıb.

Hadisə nəticəsində binaya ziyan dəyib.

İraq polisi partlayış nəticəsində ölən və yaralananın olmadığını bildirib. Hadisənin səbəbi araşdırılır.