İraq İrana nota verdi

42

Hurriyyet.org xəbər verir ki, İraq İranın Bağdaddakı  səfirliyinə nota verib.

İraqın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “İranın Bağdaddakı səfiri İrc Məscidiyə İran qüvvələrinin Ərbilin Hacı Umrandakı dağlara hava hücumu ilə bağlı nota verilib”.

Açıqlamada bu hücumların dövlət əmlakına zərər verdiyi, region əhalisi arasında panikaya səbəb olduğu bildirilir.

İranın İnqilab Keşikçiləri Ordusu dünən və ondan əvvəlki gün Ərbil şəhərindəki dağlıq sərhəd bölgələrinə top atəşi açdıqlarını bildirmişdilər. İnqilab Keşikçiləri Korpusu açıqlamasında Tehran hökumətinə qarşı çıxan İran Kürdüstan Demokrat Partiyası  və İran Kürdüstanı İnqilabçı və Fəhlə Partiyasına  (Komala) bağlı grupların həmin yüksəkliklərdə gizləndiklərini qeyd eləyib ( https://www.hurriyyet.org/xeber/iran-da-turkiye-ile-paralel-sekilde-iraqin-simalinda-antiterror-emeliyyati-kecirir/ ).

Hurriyyet.org