İranlı nazir ABŞ-da general Süleymanini təriflədi: “Hamımız ona borcluyuq”

    3

    İranın xarici işlər naziri general Qasim Süleymanini tərifləyib.

    “Bornanews” xəbər verir ki, Məhəmməd Cavad Zərif deyib: “Dünya və bölgə təhlükəsizliyə görə ona borcludur”.

    BMT-dəki İran missiyasında jurnalistlərə verdiyi açıqlamada XİN rəhbəri əlavə edib: “General Süleymani terrorizmlə mübarizədə böyük rol oynayıb”.

    Xatırladaq ki, bundan əvvəl “Qüds” qüvvələrinin komandanı da xarıçı işlər nazirini tərifləmişdi: “Zərif rejimin yüksək səlahiyyətliləri tərəfindən həmişə dəstəklənib”./Strateq.az/