İranlı deputat Trampın başına 3 milyon pul qoydu

33

Hurriyyet.org xəbər verir ki, İrandan olan millət vəkili Əhməd Həmzə ABŞ prezidenti Donald Trampı öldürən şəxsə 3 milyon dollar mükafat veriləcəyini söyləyib.

ISNA agentliyi Həmzənin sözlərini sitat gətirir: “Trampı öldürən adam Kirman bölgəsinin insanları adından 3 milyon dollarla mükafatlandırılacaq”.

Həmzə mükafatın rəsmi kanallar tərəfindən təqdiqlənib təsdiqlənmədiyi barəsində heç bir şey deməyib.

İranlı vəkil Tehranın özünü nüvə silahı təhdidlərindən özünü qoruyacağını da sözlərinə əlavə edib.

Kirman 3 yanvar tarixində ABŞ-ın Bağdadda keçirdiyi hava hücumunda həlak olan İran İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin məmləkətidir.

Hurriyyet.org