İRANLA TÜRKİYƏ TERRORA QARŞI BİRLƏŞDİ – İraqı PKK-dan təmizləmək üçün

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Qəndildə yuva salmış terrorçulara qarşı aparacağı əməliyyata İran dövlətinin də dəstək verəcəyi bildirilir.

    İranın şimalında yerləşən PKK terror təşkilatı düşərgələrinə qarşı aparılan əməliyyatlar nəticəsində mühüm məntəqələr terrorçulardan təmizlənib. Addım-addım irəliləyən türk əsgəri 22 km ərazini təmizləyərək, Qəndilin qapısına çatıb. İranın sərhəddə yerləşən kəndləri bu həftə boşaldacağı və qarşı tərəfdəki Qəndilə qarşı böyük əməliyyata dəstək verəcəyi bildirilir.

    Əməliyyatlar nəticəsində İraqla olan loqistik əlaqələrinin böyük bir hissəsi kəsilən PKK bu səbəbdən İraqdan dəstəl almağa çalışıb. İranın da Türkiyənin apardığı əməliyyata qoşulacağı bəlli olduqdan sonra terrorçular Qəndildə küncə sıxışıblar.

    Türkiyənin dronları səmada

    Əksəriyyəti Türkiyənin yerli istehsalı olan texnoloji cihazlar terrorla mübarizədə mühüm rol oynayır. Ən çox istifadə edilən cihazlar içə Pilotsuz Uçuş Aparatlarıdır. “Sərçə 3” dronu, “MRT-76” milli avtomatı, ZMA (Zirehli Müharibə Texnikası), sutka boyunca müşahidə aparan “ASIR” , “Engerek” lazer hədəfi tanıma cihazı və müxtəlif termal kamera və müdafiə silahları türk ordusunun xidmətindədir.

    Hurriyyet.org