“İranla müharibə başlasa, heç kimin görmədiyi dağıntılar olacaq” – TRAMP

    21

    ABŞ prezidenti Donald Tramp bildirib ki, o, İranla misli görünməmiş dağıntılara gətirib çıxaracaq müharibəyə başlamaq istəmir.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri NBC televiziya şirkətinə müsahibəsində bildirib.

    “Mən müharibəyə (İranla -red) cəhd etmirəm və əgər o olacaqsa, onda heç kimin görmədiyi dağıntılar olacaq”, – deyə Tramp qeyd edib.

    Amerika lideri “mən buna cəhd etmirəm”, – deyə bir daha təkrar edib.

    O, həmçinin əmin edib ki, ABŞ İranla dialoqun başlaması üçün heç bir şərt irəli sürmür.

    “Onlara (iranlılara – red) nüvə silahına malik olmaq olmaz”, – Tramp deyib. “Əgər onlar bu barədə danışmaq istəyirlərsə, bu yaxşıdır”, – deyə Ağ Ev rəhbəri əlavə edib.