İranla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi AÇILDI

69

Birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək

 

İranla Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi bu gün açılıb. Bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.

Namdar qeyd edib ki, üç ay bağlı qaldıqdan sonra məntəqənin açılışı zamanı bəzi texniki tədbirlər görülüb, kompüter avadanlığı yenilənib.

Qeyd edək ki, İranla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsi İranın Qərbi Azərbaycan vilayətində Urmiya şəhərinin yaxınlığında yerləşir. \\AYNA