“İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə niyə icazə vermişik?” – ELXAN ŞAHİNOĞLU

138

“Şahin Mustafayev bu körpünün tikintisinə izahat verməlidir”

“Xarici işlər nazirinin müavini Xələf Xələfovun İranın işğal atındakı ərazilərə körpü çəkməsiylə bağlı bugünkü izahı məsələyə aydınlıq gətirmədi. Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

“Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var?”

Şahinoğlu sual edir ki, biz belə bir körpünün tikintisinə niyə icazə vermişik: “Bir tərəfdən həyəcan təbili çalırıq ki, İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərini paylaşırıq, o biri tərəfdən də öyrənirik ki, həmin körpü sən demə, Azərbaycan hökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da deyir ki, körpünün tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir”.

Şamo EMİN, Hurriyyet.org