İranın Kirmanşah əyalətinin Fəraman sənaye şəhərciyində neft məhsulları zavodunda partlayış və yanğın baş verib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 04:15-də zavodun neft kondensatını digər məhsula dəyişmə bölməsində yanğın başlayıb. Daha sonra güclü partlayış qeydə alınıb.
Hadisə zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yanğını bu gün yerli vaxtla saat 08:25-də söndürmək mümkün olub.
Hələlik hadisənin baş vermə səbəbi bilinmir, lakin ehtimal edir ki, yanğına qısa qapanma səbəb olub.