İranın raket zərbələri ABŞ hərbçilərində beyin silkələnməsinə səbəb olub

15

 

Hurriyyet.org xəbər verir ki, bu gün ABŞ Mərkəzi Komandanlığı “Defense One” nəşrinə açıqlamasında İranın ABŞ-ın İraqdakı “Ayn əl Əsəd” aviabazasına hücumu zamanı amerikalı hərbçilərin zərər çəkdiyini etiraf edib.

İlkin məlumata görə, raket zərbələri üzündən 11 nəfər amerikalı hərbçinin beyni silkələnib və onlar müalicə üçün Almaniya ilə Küveytə yola salınıblar. ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bill Erban deyib: “Bu hərbçilərin hərbi xidmətə yararlı olduğuna qərar verildikdə onların İraqa qayıdacağı gözlənilir”.

Xatırladaq ki, ABŞ prezidenti İranın ABŞ-ın İraqdakı  hərbi bazalarına raket zərbəsindən heç kimin zərər çəkmədiyini bəyan eləmişdi.

Hurriyyet.org