İranın nüvə proqramı üzrə nazirlərin görüşünün YERİ və VAXTI bilindi

    9

    İranın nüvə proqramı üzrə sazişin iştirakçı dövlətləri arasında danışıqlar iyulun 6-da Vyanada keçiriləcək.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən Avstriya KİV-ləri məlumat yayıb.

    Qeyd edək ki, görüşə "altılığ"ın xarici işlər nazirlərinin qatılması gözlənilir. Rusiya XİN rəhbərinin görüşdə iştirakı barədə hələ məlumat verilməyib.

    Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Tehranla nüvə razılaşmasını tərk etdiyi barədə bəyan edib.