İranın Fransadakı müxbirinə qarşı polis zorakılığı tətbiq edilib

    12

    İranın İRİB televiziya kanalının müxbiri Şahsuvar Hüseyni Parisdə kütləvi aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmada ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

    İRİB-in verdiyi məlumata görə, mayın 1-də Parisdə Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə kütləvi aksiya keçirilib. Aksiyanı işıqlandıran Ş.Hüseyni polisin zorakılığına məruz qalıb. Polisin açdığı atəş nəticəsində rezin güllə müxbirin başına dəyib və onu ağır yaralayıb. Müxbir, həmçinin polisin tətbiq etdiyi gözyaşardıcı qaz ilə də zəhərlənib.

    Jurnalist xəstəxanaya yerləşdirildikdən sonra polis onun kamerasını alaraq çəkilən kadrları silib.

    Məsələ ilə əlaqədar İranın Fransadakı səfirliyi araşdırma aparır. \TopXeber.Az\